Azərbaycan neftinin qiyməti artıb
















Azərbaycan neftinin qiymətində artım müşahidə olunub.
"Azeri Light" markalı xam neftin qiyməti 1,06 ABŞ dolları və yaxud 1,94 % artıb.
Nəticədə dünya bazarlarından Azərbaycan neftinin bir barelinin qiyməti 55,76 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum - 149,66 dollara satılıb.